Modern.az

Xoşbulaqdakı tullantılar təmizləndi - FOTOLAR

Xoşbulaqdakı tullantılar təmizləndi - FOTOLAR

Aktual

2 İyul 2021, 18:37

Sosial şəbəkələrdə Daşkəsən rayonu Xoşbulaq kəndi ərazisinə məişət tullantılarının atılaraq qalaqlanması barədə görüntülər yayılıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, yayılmış görüntülər Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

 

“Ərazi Xidmətin əməkdaşlarının nəzarəti altında Daşkəsən rayon Mənzil Kommunal Təsərrüfatı İdarəsinin işçiləri tərəfindən tullantılardan təmizlənib.

 

Gələcəkdə belə hallara yol verilməməsi məqsədilə aidiyyəti qurumlara məcburi göstəriş verilib”, - məlumatda deyilir.

 

 


Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi