Sosial şəbəkələrdə Bilgəh çimərliyinə yaxın sahəyə məişət tullantılarının atılması barədə daxil olan fotogörüntü paylaşılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, ərazi Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının nəzarəti altında Sabunçu rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin işçiləri tərəfindən tullantılardan təmizlənib.
Gələcəkdə belə hallara yol verilməməsi məqsədilə Sabunçu Rayon MKTB-yə məcburi göstəriş verilib.