Modern.az

Peşə bayramı günü xidmət aparan polislərdən nəcib hərəkət

Peşə bayramı günü xidmət aparan polislərdən nəcib hərəkət

Aktual

2 İyul 2021, 19:34

2 iyul - Azərbaycanda şanlı polislərimizin peşə bayramıdır.

 

Həmişə olduğu kimi, öz peşə borclarını şərəflə yerinə yetirən polislərdən bu gün daha bir qürurverici hərəkətin şahidi olduq. Belə ki, qardaşım Yaşar Bakıdan telefonla zəng vurub söylədi ki, Bakı şəhəri Nəsimi rayonu, Bakıxanov küçəsi, 42 ünvanda yerləşən 5 saylı şəhər poliklinikasının qarşısında səkidəki iri akasiya ağacı içərisindən tüstülənərək yanırdı. Ehtimala görə, hadisə hələ dünən yoldan ötən hansısa bir laqeyd adamın siqaret kötüyünü ağacın gövdəsində olan koğuşa atması səbəbindən baş verib. Bu gün səhər saatlarında yaxınlıqda yol polisi postunda xidmət aparan polis əməkdaşları tüstünü görmüş və dərhal qonşuların köməyi ilə ağacın yanmasının qarşısını almışlar. Saat 16.00 radələrində ağac yenidən tüstülənmiş və daha gur yanmağa başlamışdır. Bu dəfə də həmin polis əməkdaşları gəlmiş, qonşuların və poliklinikanın tibb heyətinin köməkliyi ilə yanğını ram etmışlər.

 

Mən hadisədən sonra 102 xidmətinə zəng vurub polislərin bu nəcib hərəkəti barədə onlara məlumat verdim. Amma nə qədər təkid etsəm də, həmin polislərin oradakı yanğın söndürmə əməliyyatına rəhbərlik edən mayor rütbəli polis zabitinin adını öyrənə bilmədim. Buna baxmayaraq, kənardan şəklini çəkdim.

 

Məncə, əsl polislər elə belə olur: təvazökar, qayğıkeş və vətənpərvər!

 

Bayramınız bir daha mübarək, hörmətli polislər !!!

 

Aytəkin ALXASLI

Sizə yeni x var
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV