Modern.az

“COVID pasportu diskriminasiyaya səbəb olmamalıdır” - ÜST

“COVID pasportu diskriminasiyaya səbəb olmamalıdır” - ÜST

Aktual

2 İyul 2021, 19:54

“Yeni növ koronavirus (COVID-19) əleyhinə vaksinasiya pasportunun tətbiqi vaksin çatışmazlığı ilə üzləşən və ya fərqli vaksin növlərindən istifadə edən digər ölkələrin sakinlərinə qarşı diskriminasiyaya səbəb olmamalıdır”.

 

Modern.az TASS-a istinadən xəbərinə görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus Cenevrədə keçirdiyi brifinqdə deyib.

 

O qeyd edib ki, bəzi ölkələr və bölgələr “COVID-19” ilə əlaqədar peyvənd sertifikatının tətbiqinə başlayıb: “Bunun peyvənd olunmayan və ya müəyyən növ peyvəndi olmayan insanlara, ölkələrə qarşı ayrıseçkiliyə yol açmamasının çox vacib olduğunu vurğulamaq istəyirəm”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi