Modern.az

Ermənistanda ölümcül xəstəlik YAYILDI

Ermənistanda ölümcül xəstəlik YAYILDI

Aktual

2 İyul 2021, 20:00

Ermənistanda Sibir xorasına daha beş nəfərin yoluxduğu üzə çıxıb.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin “Facebook” səhifəsindən paylaşılan xəbərdə deyilir:

 

“Milli Xəstəliklərin Nəzarəti və Qabaqlanması Mərkəzi tərəfindən aparılan tədqiqat zamanı Şirak mərzi Ani dairəsinin İsahakian kəndinin beş nəfər sakinində Sibir xorası diaqnozu təsdiqini tapıb. Beləliklə, 2 iyul tarixinə olan vəziyyətə görə, Geğarkunik və Şirak mərkəzləri üzrə Sibir xorasına 8 yoluxma təsdiqlənib”.

 

Qeyd edək ki, Göyçə mahalını əhatə edən Geğarkunik mərkəzi ərazisində iyunun 30-da 3 sakinin Sibir xorasına yoluxduğu açıqlanmışdı.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi