Modern.az

Lukaşenko Ukrayna ilə sərhədi bağlamağı tapşırdı

Lukaşenko Ukrayna ilə sərhədi bağlamağı tapşırdı

Aktual

2 İyul 2021, 21:52

Belarus Prezidenti Aleksandr Lukaşenko sərhəd qoşunlarına Ukraynadan çox sayda silah gəldiyinə görə bu ölkə ilə sərhədi tamamilə bağlamağı tapşırıb.

 

Modern.az xəbər verir ki, məlumatı “BelTA” yayıb.

 

A. Lukaşenko Müstəqillik günü münasibətilə təşkil edilən mərasimdə çıxışı zamanı bildirib.

 

“Ukraynadan Belarusa külli miqdarda silah daxil olur. Ona görə də, sərhəd qoşunlarına Ukrayna ilə sərhədi tam şəkildə bağlamağı tapşırmışam. Ölkədə Almaniya, Ukrayna, ABŞ, Polşa və Litvaya aidiyyatı olan terror hücrələri aşkar edilib” - prezident deyib.

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!