Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas Aİ-nin Qazaxıstandakı Nümayəndəliyinin rəhbəri təyin olunub.
Modern.az xəbər verir ki, bu barədə Aİ-nin Xarici Siyasət və Təhlükısizlik məsələləri üzrə Ali Nümayəndəsi qərar imzalayıb.
Bildirilib ki, o, Azərbaycandan əvvəl Aİ-nin Gürcüstandakı Monitorinq Missiyasının rəhbəri olub.