Modern.az

İki şəhid anası əsgərlərə pay APARDI - FOTOLAR

İki şəhid anası əsgərlərə pay APARDI - FOTOLAR

Aktual

6 İyul 2021, 13:43

İki şəhidin bir anası var - Zeynəbdir adı. İki oğılunu Azərbaycan torpaqlarının azadlığı uğrunda şəhid verib: Mehman Dilqəm oğlu Bayramov 1992-ci ildə, Vaqif Dilqəm oğlu Bayramov isə 2016-çı ilin aprel döyüşlərində şəhid olub. 

Modern.az xəbər verir ki, saçlarını Vətən dərdi, oğul dərdi ilə ağardan ana, Zəfər və Qələbə müjdəmizdən sonra  tez-tez tarix yazan Vətən oğulları ilə görüşür, aldığı pensiyasından onlara hədiyyələr, bayram sovqatları göndərir. 

Bu günlərdə şəhidlər anası Zeynəb Bayramova Azərbaycan Ordusunun 103 illiyi münasibəti ilə  N saylı hərbi hissədə  Vətənə xidmət edən zabit və əsgərlərimizin görürüşünə gedib. Bu görüşə gedərkən nəvələrini də Zəfər qazanmış əsgərlərin və zabit heyətinin görüşünə aparıb.   

Evində bişirdiyi nemətlərlərlə onların süfrəsini bəzəyib, öz əlləri ilə gənc əsgərləri yedirib. İki gəlini isə həmin əsgərlərin qulluğunda dayanıb.  

Hərbi hissənin şəxsi  heyəti Bayramovlarla xatirə şəkilləri çəkdirib, Vətənə hər zaman qulluğa hazır olduqlarını deyiblər. Korpusun komandiri və əsəglər  şəhid Vaqif Bayramovun oğlu 6 yaşlı Ümidin qarşısında hərbi keçid təşkil ediblər.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV