Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov Şəhid Elyəddin Cəfərovun ailəsini ziyarət edib onların ailə-məişət qayğıları ilə maraqlanıb.
Modern.az xəbər verir ki, görüş zamanı şəhidimizin əziz xatirəsi yad edilib, barəsində xoş təəsüratlar danışılıb, torpaqlarımızın azad olunması uğrunda canlarından keçmiş şəhidlərimizin hünər və qəhrəmanlıqlarının hər birimizə örnək olması vurğulanıb. Həmçinin dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan söz açılıb. Belə görüşlərin keçirilməsində məqsəd şəhid ailələrinin problemlərinin öyrənilməsi, onların sosial durumları ilə maraqlanmaq və sosial müdafiəsini gücləndirməkdir.
Şəhidin ailə üzvləri göstərilən yüksək diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya sonsuz minnətdarlıqlarını bildiriblər.