Modern.az

İkinci Qarabağ müharibəsindən sonra bir sıra humanitar məsələlər həll olunmamış qalır - ATƏT

İkinci Qarabağ müharibəsindən sonra bir sıra humanitar məsələlər həll olunmamış qalır - ATƏT

Aktual

6 İyul 2021, 17:00

İkinci Qarabağ müharibəsindən sonra bir sıra humanitar məsələlər həll olunmamış qalır.

 

Modern.az-ın məlumatına görə, bunu ATƏT-in hazırkı sədri Ann Linde təşkilatın plenar iclası zamanı deyib.

 

Onun sözlərinə görə, hələ də sərhədlərdə insidentlər və minaların yeni qurbanları barədə məlumatlar daxil olur: "Ona görə də mən Azərbaycana mina xəritələrinin verilməsi müqabilində saxlanılan ermənilərin qaytarılmasını alqışlayıram. Bunlar müsbət addımdır və etimadın möhkəmləndirilməsi üçün vacib tədbirlərdir. Mən tərəfləri eyni şəkildə davam etməyə çağırıram".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi