Modern.az

Beyləqanda kanalda batan oğlanın meyiti tapıldı - YENİLƏNİB

Beyləqanda kanalda batan oğlanın meyiti tapıldı - YENİLƏNİB

Aktual

6 İyul 2021, 21:10

Beyləqan rayonunun Əmirzeydli kəndində su kanalında batan şəxsin meyiti tapılıb.

 

Modern.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, 2005-ci il təvəllüdlü Bəbirov Əli Nadir oğlunun axtarışları başa çatıb.

 

Ə.Bəbirovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

 

19:15

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Beyləqan rayonu, Əmirzeydli kəndində 2005-ci il təvəllüdlü Bəbirov Əli Nadir oğlunun su kanalında batması barədə məlumat daxil olub.

 

Modern.az nazirliyin saytına istinadən verdiyi məlumata görə, hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

 

Əlavə məlumat veriləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi