Modern.az

AVRO-2020-nin növbəti finalçısı bu gün bilinəcək

AVRO-2020-nin növbəti finalçısı bu gün bilinəcək

Aktual

7 İyul 2021, 08:04

Bu gün futbol üzrə Avropa çempionatında yarımfinal mərhələsinə yekun vurulacaq.

 

Modern.az-ın məlumatına görə, bununla da turnirin ikinci finalçısının adına aydınlıq gələcək.

 

Həlledici görüşə son vəsiqə uğrunda İngiltərə və Danimarka yığmaları üz-üzə gələcək. Londondakı "Uembli" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Matçı Niderlanddan olan FIFA referisi Denni Makkeli idarə edəcək.

 

AVRO-2020-də qol buraxmayan britaniyalılar doğma meydan amilindən də istifadə edib finala çıxmaq niyyətindədir. Danimarkalılar isə turnirin əsas favoritlərindən birini mübarizədən kənarlaşdırmaqla sensasiya etmək arzusundadır.

 

Avropa çempionatı

 

Yarımfinal

 

23:00. İngiltərə - Danimarka

 

Baş hakim: Denni Makkeli (Niderland)

 

London, "Uembli" stadionu

 

Qeyd edək ki, bu oyunun qalibi finalda İtaliya millisinin rəqibi olacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyə Fələstin xəyanətinə niyə susdu? Putin türk dünyasına gətirilir