Modern.az

Abşeronda ana və 2 azyaşlı övladını maşın vurdu

Abşeronda ana və 2 azyaşlı övladını maşın vurdu

Aktual

8 İyul 2021, 21:55

Abşeron rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə Abşeron rayonunda qeydə alınıb.

 

Avtomobil Ceyranbatan qəsəbəsində yolu keçən 1981-ci il təvəllüdlü Məhərrəmova Xuraman Feyruz qızını və onu 2 azyaşlı övladları 2014-cü il təvəllüdlü Hüseyinli Kamal Kalam oğlu və 2020-ci il təvəllüdlü Hüseynli Yüsif Kalam oğlunu vurub.

 

Hər üç yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

 

Hadisənin təfərrüatı Abşeron rayonu Polis idarəsində araşdırılır (report).

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi