Modern.az

Paytaxtda ağır yol qəzası - ölən və yaralananlar var

Paytaxtda ağır yol qəzası - ölən və yaralananlar var

Aktual

9 İyul 2021, 00:19

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonunda qeydə alınıb.

 

Belə ki, iki avtomobilin toqquşması nəticəsində 1960-cı il təvəllüdlü Əhmədova Raya Aydın qızı, 1963-cü il təvəllüdlü Əhmədova Sahibə Aydın qızı, 1976-cı il təvəllüdlü Babayeva Aynur Nüsrət qızı, 1972-ci il təvəllüdlü Babayev Hümbət Şahlar oğlu, 1968-ci il təvəllüdlü Mirzəyeva Sevda Zal qızı, 1992-ci il təvəllüdlü Nəsibov Orxan Talıb oğlu və 1966-cı il təvəllüdlü Nəsibov Talıb Cahangir oğlu xəsarət alıblar. Avtomobildə olanlardan biri isə hadisə yerindəcə dünyasını dəyişib.

 

Yaralılar FHN əməkdaşlarının köməkliyi ilə təxliyə olunublar və təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Onlardan 5 nəfəri reanimasiya şöbəsinə digər 2 nəfəri isə ambulator müalicə ilə evə buraxılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV