Modern.az

Ermənistan ordusunda COVID-19- yoluxanların sayı artır

Ermənistan ordusunda COVID-19- yoluxanların sayı artır

Aktual

9 İyul 2021, 08:18

Hərbi həkimlərin səhlənkarlığı səbəbindən Ermənistan silahlı qüvvələrinin hərbi hissələrində COVID-19 virusuna yoluxma halları xeyli artıb.

 

Modern.az Ermənistan KİV-lərinə istinadla xəbər verir ki, yayılan məlumatlarda koronavirusa yoluxan kiçik çavuş Q.Nersisyanın hərbi hissənin həkimi tərəfindən tibbi müayinədən keçdikdən sonra vəziyyətinin normal olduğu bəhanə edilərək xəstəxanaya göndərilmədiyi və bu barədə yuxarı komandanlığa məlumat verilmədiyi bildirilib. Bu səbəbdən də bir neçə gün ərzində bölüyün bütün şəxsi heyətinin COVID-19 virusuna yoluxduğu məlum olub. Hərbi qulluqçular yüksək hərarət və halsızlıqdan əziyyət çəkirlər.

 

Hərbi hissə komandanlığı şəxsi heyətin yoluxma faktını hər vəchlə ört-basdır etməyə çalışır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyə Fələstin xəyanətinə niyə susdu? Putin türk dünyasına gətirilir