Modern.az

Qardaş öz qardaşının QATİLİ oldu

Qardaş öz qardaşının QATİLİ oldu

Aktual

9 İyul 2021, 10:30

İyulun 8-i saat 12 radələrində Neftçala rayonu, Həsənabad qəsəbə sakini Zaur Məmmədovun almış olduğu xəsarətlər nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Neftçala rayon prokurorluğundan Modern.az-a verilən məlumata görə, zərərçəkmişin qardaşı Vahid Məmmədovun ailə-məişət münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı Zaur Məmmədovun bədəninin müxtəlif nahiyələrinə bıçaqla xəsarətlər yetirməsi nəticəsində sonuncunun almış olduğu xəsarətlərdən ölməsi müəyyənləşib.

 

Faktla bağlı Neftçala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

 

Vahid Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Rəsmi məlumata görə, hazırda cinayət işi üzrə istintaq davam edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi