Modern.az

Mingəçevirdə kişini bıçaqlayan qadın saxlanıldı - FOTO

Mingəçevirdə kişini bıçaqlayan qadın saxlanıldı - FOTO

Aktual

11 İyul 2021, 23:44

Mingəçevirdə ticarət mərkəzinin önündə 52 yaşlı kişi bıçaqlanıb.

 

Modern.az xəbər verir ki, hadisə Mərkəzi Bazarın qarşısında hər kəsin gözü qarşısında baş verib.

 

Tərtər rayonundan olduğu deyilən 52 yaşlı Fəxri Qasımov kürəyindən bıçaqlanaraq ağır xəsarət alıb. Onun bir qadın tərəfindən bıçaqlandığı bildirilir. Yaralı ağır durumda xəstəxanaya çatdırılaraq dərhal əməliyyata alınıb. Hadisənin hansı zəmində baş verdiyi məlum deyil (apa).

 

Qeyd edək ki, Mingəçevirdə 52 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən qadın saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupuna istinadən xəbər verir ki, saxlanılan şəxs 33 yaşlı E.Quliyevadır.

 

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV