Modern.az

Füzulidə şəhid ailələrinə orden və medallar təqdim edilib

Füzulidə şəhid ailələrinə orden və medallar təqdim edilib

Aktual

12 İyul 2021, 08:54

Füzuli rayon İcra Hakimiyyətində şəhid ailələrinə orden və medalların təqdimetmə mərasimi keçirilib. Tədbirdə Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, SHXÇDX-nin Füzuli rayon şöbəsinin rəisi, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və KİV nümayəndələri iştirak edib.


Modern.az-ın məlumatına görə, əvvəlcə Azərbaycanın ərəzi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra çıxış edən RİH başçısı Alı Alıyev bildirib ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan ordusu 44 gün davam edən Vətən müharibəsində qələbə qazanaraq, işğal altında olan torpaqlarımızı düşməndən azad edib.

Qeyd edilib ki, şəhid və qazi ailələrinə dövlət tərəfindən daim yüksək diqqət və qayğı göstərilir.

Bundan sonra şəhid ailələrinə medal və ordenlər təqdim olunub. Belə ki, kiçik miçman Zalov Fəqan Amil oğlunun  “Vətən Müharibəsi Qəhrəmanı” medalı (ölümündən sonra), miçman Məmmədov Vüsal Qüdrət oğlunun “Qarabağ” ordeni” (ölümündən sonra) ailələrinə təhvil verilib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV