Modern.az

Azərbaycanlı rejissorun filmləri Moskva və Yaroslavl festivallarında uğur qazanıb

Azərbaycanlı rejissorun filmləri Moskva və Yaroslavl festivallarında uğur qazanıb

Aktual

12 İyul 2021, 09:50

Azərbaycanda istehsal olunmuş “Stalinin qaranlıq keçmişi” və “Nobel qardaşlarının ilk uğuru” sənədli filmləri daha bir uğura imza atıb. Belə ki, azərbaycanlı rejissorun “Nobel qardaşlarının ilk uğuru” filmi 11 ildir keçirilən “Light of the world” adlı Yaroslavl festivalının secilmiş filmlər siyahısına daxil edilib. Festival Rus Pravoslav kilsəsinin (Rubinsk yeperarxiyası) və Milli Müəllif Hüquqları Sahiblərinə Dəstək Fondu (Moskva) tərəfindən təşkil olunur.

Layihə 2021-ci ilin sentyabrında Rusiya Federasiyası Prezidentinin qrantı əsasında həyata keçiriləcək.

Festival Yaroslavl vilayətinin rəhbərliyi və Müasir Pravoslavl Sənət və Rəsm Qalareyası tərəfindən dəstəklənir. Festivalın məqsədi gənclərə mənəvi, vətənpərvər tərbiyə aşılamaqdır.

.“Stalinin qaranlıq keçmişi” filmi Moskvada 23 ildir keçirilən “İnternational Film Festival of Detective Films and Television programs on Law-Enforcement themes Detective FEST” festivalında bütün mərhələləri keçərək, “Nominant”a  layiq görülüb. Film 2021-ci ilin sentyabrında Moskvada keçiriləcək finalda birincilik uğrunda ölkəmizi təmsil edəcək.

Onu da qeyd edək ki, “Stalinin qaranlıq keçmişi” filmi 79 ölkənin 2300 filmi arasından “Nominant” olaraq seçilib.  


Bu barədə filmin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov Modern.az-a məlumat verib.

 
“SSP Production” şirkətinin ekranlaşdırdığı “Stalinin qaranlıq keçmişi” filminin redaktoru Əkbər Qoşalıdır, mətni isə Eldost Bayram oxuyub.


Ekran əsərində kapitalizmin ən böyük düşməni, minlərlə insanın ölmünün baiskarı kimi tanınan qəddar Stalinin ömür yoluna, xüsusilə də Bakıdakı fəaliyyətinə xüsusi yer ayrılıb.

“SSP Production” tərəfindən istehsal olunan “Nobel qardaşlarının ilk uğuru” sənədli filmində Nobel qardaşlarının Bakıdakı fəaliyyətinə xüsusi yer ayrılıb. Filmin redaktoru Əkbər Qoşalı, qrafika ustası Xəqani Məmmədovdur. Mətni xalq artisti Eldost Bayram oxuyub.

“Biz şəxsi mənafelərimiz və kommersiya məqsədi üçün yox, Azərbaycanı dünyada tanıtmaq üçün filmlər çəkirik və zamanla istəyimizə nail oluruq. Bu, təkcə mənim deyil, bütün Azərbaycanın uğurudur”,-deyə C.Qasımov bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı