Modern.az

Şahbaz Quliyev Həsənin ailəsinə üzrxahlığa gedəcək, Dilqəm isə...

Şahbaz Quliyev Həsənin ailəsinə üzrxahlığa gedəcək, Dilqəm isə...

Aktual

12 İyul 2021, 12:33

2014-cü ildə Kəlbəcərə gedən Dilqəm Əsgərov və Şahbaz Quliyevi müşayiət etmiş cəbrayıllı gənc Həsən Həsənovun şəhid olmasından 7 il ötür. Şəhidin qardaşı Nail Həsənov Həsənin yol yoldaşlarından giley-güzar edib və anım günündə onların susqunluq nümayiş etdirməsindən incidiyini bildirib:

“Gözləyirdim ki, anım günündə Həsənlə 18-20 gün bir yerdə olmuş Dilqəm və Şahbaz onun məzarını yad edəcək və qardaşımla bağlı son xatirələrini bizimlə bölüşəcəklər. Əfsuslar olsun ki, gözlədiyimin tam əksi oldu. Nə gəldilər, nə də Allahın bir zəngini etdilər. Niyə? Axı Həsən sizə güvənib getmişdi ora. Budurmu sizin etibarınız, vəfalı dostluğunuz? Girovluqdan qayıtdıqdan sonra bir dəfə də olsun Həsənin ailəsini, valideynlərini arayıb-axtarmamısınız”. 


Modern.az
-ın əməkdaşı bu giley-güzarla bağlı öncə Şahbaz Quliyevlə əlaqə saxlayıb.

Keçmiş girov deyib ki, hazırda xəstəxanada müalicə olunduğuna görə Həsənin ailəsilə əlaqə saxlaya bilməyib:


“Mən hazırda xəstəxandayam,  heç kimin  bundan xəbəri yoxdur. Ayaqlarım tutulub, bu səbəbdən müalicə alıram .  Xəstəxanadan çıxdıqdan sonra üzrxahlıq üçün  Həsənin ailəsi ilə görüşəcəm. Yol yoldaşı olmuşuq, çörək kəsmişik, çiyin-çiyinə vurşmuşuq . Həsənin ailəsi də hər zaman ağlımdadır. Onun qardaşlarına da böyük hörmətim var”.

Dilqəm Əsgərovla danışmaq cəhdimiz isə baş tutmadı. Telefon zəngimizə cavab verən keçmiş girovun oğlu Kürdoğlu Əsgərov bu mövzuda danışmaq istmədiklərini aqressiv və qeyri-etik şəkildə vurğuladı.

Xatırladaq ki, Həsən Həsənov 2014-cü ilin iyulunda Dilqəm Əsgərov və Şahbaz Quliyevlə Kəlbəcərə gedib. O, öz ata-baba yurdlarını ziyarət etmək istəyən kəlbəcərli dostlarını müşayiət edib. Lakin Ermənistan Silahlı Qüvvələri onların izinə düşərək, girov götürüblər. Girov götürülən zaman ermənilər Həsən Həsənovu güllələyərək, öldürüblər. Mərhumun nəşi 2 oktyabr 2014-cü ildə düşmən tərəfdən alınaraq, Bakıda dəfn edilib.

 

Humay İsgəndərova 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı