Modern.az

Füzulidə minaya düşən şirkət əməkdaşı ilə bağlı cinayət işi AÇILDI

Füzulidə minaya düşən şirkət əməkdaşı ilə bağlı cinayət işi AÇILDI

Aktual

12 İyul 2021, 16:30

Xəbər verildiyi kimi, iyulun 12-də saat 11 radələrində “Körpü-Bina-Tikinti” MMC-də sürücü işləyən, Yevlax rayon sakini, 1987-ci il təvəllüdlü Xəlilov Elşən Eyvaz oğlunun işğaldan azad edilmiş Qaraxanbəyli kəndi ərazisində iş zamanı Vətən müharibəsi zamanı Ermənistan tərəfindən istifadə edilməklə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombasının partlamamış bombacığına toxunaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

Rayon prokurorluğundan Modern.az-a bildirilib ki, faktla bağlı Füzuli rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd), 29, 120.2.7 (iki və ya daha çox şəxsi öldürməyə cəhd) və digər maddələri ilə cinayət işi başlanılıb.

 

Hazırda intensiv istintaq-əməliyyat hərəkətləri həyata keçirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV