Modern.az

Azərbaycanı Tokio-2020-də təmsil edəcək idmançıların sayı açıqlandı

Azərbaycanı Tokio-2020-də təmsil edəcək idmançıların sayı açıqlandı

Aktual

12 İyul 2021, 16:42

Azərbaycanı Tokio-2020 Yay Olimpiya Oyunlarında təmsil edəcək idmançıların sayı məlum olub.

 

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətin Modern.az-a bildirib ki, ölkəmizi oyunlarda 44 idmançı təmsil edəcək.

 

Onun sözlərinə görə, ölkəmizi oyunlarda təmsil edəcək idmançıların 9-u cüdo, 7-si güləş, 5-i bədii gimnastikanın qrup hərəkətləri üzrə komanda, 1-i fərdi çövnövçülük, 5-i boks, 3-ü karate, 2-si atletika, 2-si üzgüçülük, 2-si taekvondo, 2-si idman gimnastikası, 1-i güllə atıcılığı, 1-i şosse velosipedi, 1-i qılıncoynatma, 1-i badminton, 1-i triatlon, 1-i stend atıcılığı (vayld-kart) növlərində mübarizə aparacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV