Modern.az

Dünyada COVID-19-a yoluxma və ölüm sayı artır - ÜST

Dünyada COVID-19-a yoluxma və ölüm sayı artır - ÜST

Aktual

12 İyul 2021, 20:08

“Dünyada dördüncü həftədir COVID-19-a yoluxmada artım qeydə alınır”.

 

Modern.az TASS-a istinadla xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adan Qebreyesus Cenevrədə keçirilən brifinqdə bildirib.

 

Onun sözlərinə görə, 10 həftədən sonra koronavirusdan ölüm sayı da artıb:

 

"Keçən həftə dünyada COVID-19 xəstələrinin sayında artım olduğu dördüncü həftə idi. Bu artım ÜST-ün altı bölgəsində də qeydə alınıb. 10 həftəlik azalmadan sonra ölüm də artıb".

 

ÜST rəhbəri əlavə edib ki, pandemiya ilə əlaqəli epidemioloji vəziyyət ağırlaşır.

 
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi