Modern.az

Azərbaycan vətəndaşlarının Türkiyədə aldığı daşınmaz əmlakın sayı açıqlandı

Azərbaycan vətəndaşlarının Türkiyədə aldığı daşınmaz əmlakın sayı açıqlandı

Aktual

12 İyul 2021, 22:45

2021-ci ilin yanvar-iyun aylarında Azərbaycan vətəndaşları Türkiyədə 593 daşınmaz əmlak obyekti satın alıblar ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 162 obyekt çoxdur.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanı məlumat yayıb.

 

Məlumata görə, 2021-ci ilin iyun ayında Azərbaycan vətəndaşları Türkiyədə 164 daşınmaz əmlak obyekti alıblar ki, bu da 2020-cu ilin mayından 94 obyekt çoxdur.

 

2021-ci ilin iyun ayında Türkiyədə 134 731 əmlak satılıb ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 29,1 faiz çoxdur.

 

İyun ayında Türkiyədə 4 748 əmlak əcnəbilərə satılıb ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 1,8 dəfə çoxdur (trend).

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV