Modern.az

Yunanlardan "Qalatasaray"a hörmətsizlik - ölkəyə buraxmadılar

Yunanlardan

Aktual

12 İyul 2021, 23:10

"Qalatasaray" klubu xoşagəlməz hadisə ilə üzləşib.


Modern.az xəbər verir ki, təlim-məşq toplanışı üçün Yunanıstana yollanan Türkiyə təmsilçisinə qarşı hörmətsizlik edilib.



"Cim-bom" "Olimpiakos"la yoxlama görüşü üçün getdiyi Afinadakı hava limanında bir müddət gözlətdirilib. Daha sonra yenidən koronavirus testi tələb edilsə də, "sarı-qırmızılılar" buna qarşı çıxıblar. Aeroport əməkdaşları problem yaratmaqda davam edincə, "Qalatasaray" vətənə qayıtmaq qərarına gəlib.



Hadisə ilə bağlı bəyanat yayan "Qalatasaray" qarşı tərəfin ayrıseçkiliyə yol verdiyini vurğulayıb və Yunanıstanın səlahiyyətli orqanlarından Türkiyədən üzr istəməyi tələb edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV