"Neftçi" və Gürcüstanın "Dinamo" (Tbilisi) komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunu üçün bilet satışı dayandırılıb.
Modern.az “Neftçi”nin rəsmi saytına istinadən xəbər verir ki, satışın dayandırılmasının səbəbi biletlərin bitməsidir.
İyulun 13-də 4 000-dək bilet satışa çıxarılıb, lakin biletlər gün ərzində alınıb.
Nazirlər Kabineti yanında Operativ Qərargah stadion tutumunun 50 faizinə qədər azarkeşlərin buraxılmasına razılıq verdiyinə görə, 11 minlik "Bakcell Arena"da tribunaların yarısı boş qalacaq.
Satışdan əldə olunan vəsaitin yarısı “Qarabağ” Dirçəliş Fondu və "YAŞAT" Fonduna köçürüləcək.
Xatırladaq ki, bu gün keçiriləcək “Neftçi” – “Dinamo” (Tbilisi) oyununa saat 21:00-da start veriləcək.
Mehri Qurban