Modern.az

Sabahın hava PROQNOZU: 36 dərəcə

Sabahın hava PROQNOZU: 36 dərəcə

Aktual

14 İyul 2021, 13:16

İyulun 15-də gözlənilən hava şəraitinin proqnozu açıqlanıb.

 
ETSN Milli Hidrometeorologiya Xidmətinin Modern.az-a verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var.

Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 22-25 isti, gündüz 29-32 isti,

Bakıda gecə 23-25 isti, gündüz 30-32 dərəcə isti olacaq. Atmosfer təzyiqi  normadan aşağı 758 mm civə sütunu təşkil edəcək.  Nisbi rütubət gecə 60-70 , gündüz 40-45 faiz olacaq.


Abşeron çimərliklərində
mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24 isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 24-25 dərəcə isti olacaq.

 
Tibbi-meteoroloji proqnoz

İyulun 15-də  Abşeron yarımadasında mülayim xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.


Azərbaycanın rayonlarında:
 bəzi yerlərdə  şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25  isti, gündüz 31-36 isti, dağlarda gecə 10-15 isti,  gündüz  20-25 dərəcə isti olacaq.

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı