Modern.az

Kəlbəcərdə şəhid olan jurnalistlərin qırxıdır

Kəlbəcərdə şəhid olan jurnalistlərin qırxıdır

Aktual

14 İyul 2021, 13:30

Kəlbəcərdə şəhid olan jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun ölümündən 40 gün ötür.

Modern.az xəbər verir ki, 2021-ci il iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində hərəkət olan yolda çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsi tank əleyhinə minaya düşüb.

Partlayış nəticəsində çəkiliş qrupunun iki üzvü, Azərbaycan Televiziyasının operatoru Sirac Abışov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri Məhərrəm İbrahimov, habelə Kəlbəcər rayon İcra Hakimiyyətinin Susuzluq kəndi üzrə nümayəndəsi Arif Əliyev həlak olub, 4 nəfər isə yaralanıb.

Şəhid olanlar iyunun 5-də torpağa tapşırılıblar.

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!