Hazırda paytaxtın bəzi küçə və prospektlərindəki yollarla bağlı vəziyyət açıqlanıb.
Bakı Nəqliyyat Agentliyindən (BNA) Modern.az-a verilən məlumata görə, aşağıdakı küçələrdə sıxlıq müşahidə edilir.
- Akademik Həsən Əliyev küçəsi - (1 saylı Bakı "ASAN xidmət" mərkəzinin qarşısı da daxil olmaqla,Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişmədən,Xan Şuşinski küçəsi ilə kəsişməyə qədər,Azadlıq prospekti ilə kəsişmə istiqaməti) sıxlıq;
- Abbasqulu ağa Bakıxanov küçəsi (Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişmədən,Səməd Vurğun küçəsi ilə kəsişməyə qədər,Türkiyə səfirliyi istiqaməti) sıxlıq;
- Koroğlu Rəhimov küçəsi - (Akademik Həsən Əliyev küçəsi istiqamətində) sıxlıq;
- Alı Mustafayev küçəsi – (Əsas yol – nisbətən sıxlıq və Köməkçi yol – sıxlıq olmaqla, Ziya Bünyadov prospekti istiqamətində) sıxlıq;
- Şah İsmayıl Xətai prospekti (Tələt Şıxəliyev küçəsi ilə kəsişmədən,Əbdüləzəl Dəmirçizadə küçəsi ilə kəsişməyə qədər,Azərbaycan Respublikası Təhsil Nazirliyinin yanı, eyni zamanda Heydər Əliyev prospektinə çixan yol) davamlı olaraq qısa müddətli sıxlıq;
- Ziya Bünyadov prospekti - (Əsasən Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən başlayaraq – Əsas yol, 20 Yanvar dairəsi istiqamətində) sıxlıq müşahidə edilir.