Modern.az

Atəşkəsin pozulmasına görə məsuliyyət Ermənistanın üzərindədir - XİN

Atəşkəsin pozulmasına görə məsuliyyət Ermənistanın üzərindədir - XİN

Aktual

14 İyul 2021, 14:00

14 iyul 2021-ci il tarixində Ermənistan silahlı qüvvələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində Azərbaycan Ordusunun mövqelərini atəşə tutub və nəticədə bir hərbi qulluqçumuz yaralanıb.

Modern.az xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyi hadisə ilə bağlı məlumat yayıb.

"Son günlərdə Ermənistan tərəfinin ardıcıl şəkildə Azərbaycan mövqelərini atəşə tutaraq, bölgədəki kövrək sülhü pozmaq cəhdlərini qətiyyətlə qınayırıq.

Azərbaycanın bölgədə sülh, əməkdaşlıq və dayanıqlı inkişafı təmin etmək istiqamətində addımlar atdığı bir vaxtda Ermənistanın bu kimi destruktiv yanaşma nümayiş etdirməsi qəbuledilməzdir",-deyə XİN-in məlumatında bildirilib.


XİN bəyan edib ki, bölgədə vəziyyətin bu şəkildə inkişafının bütün məsuliyyəti Ermənistanın üzərindədir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı