Modern.az

Qənirə Paşayeva Polad Həşimovun anası ilə görüşdü

Qənirə Paşayeva Polad Həşimovun anası ilə görüşdü

Aktual

14 İyul 2021, 14:27

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva şəhid Milli Qəhrəman Polad Həşimovun və başqa bir qrup şəhid ailəsi üzvləri ilə görüşüb.

Modern.az xəbər verir ki, Milli Məclisdə baş tutan görüşdə şəhid generalın anası Səmayə Həşimova, bacısı Kəmalə Həşimova, qardaşı İlham Həşimov və başqa bir qrup şəhid ailəsi üzvləri iştirak edib.

4 günlük Tovuz döyüşlərinin birinci ildönümündə keçirilən görüşdə, 44 günlük Vətən Müharibəsinə apatan yoldan, dövlət-xalq birliyinin təntənəsindən söz açılıb.

Komitə sədri Ali Baş Komandan başda olmaqla şanlı Silahlı Qüvvələrimizin zəfərini şəhidlərin əziz ruhunu şad edən ən önəmli tarixi hadisə adlandırıb.

Dövlətimizin, xalqımızın hər zaman şəhid ailələrinin yanında olduğunu vurğulayan Komitə sədri, bunun həmişə belə olacağını söyləyib.

Q.Paşayeva şəhid ailələrinin üzvlərinə Qarabağ motivli xatirə hədiyyələri təqdim edib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?