Modern.az

Çimərlikdəki istirahət mərkəzləri cərimələndi

Çimərlikdəki istirahət mərkəzləri cərimələndi

Aktual

14 İyul 2021, 15:36

Xəzər dənizinin sahil zolağında, çimərliklərdə sanitariya-gigiyena qaydalarına riayət edilməsi ilə bağlı reyd keçirilib.

 

DİN Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, iyulun 13-də Sabunçu rayonunun Pirşağı qəsəbəsində keçirilən tədbir zamanı isə Xəzər dənizinin sahil zolağında yerləşən “Mirvari”, “Gold Sea”, “Caspi”, “Bayraq” və “Dəniz” istirahət mərkəzlərində sanitariya-gigiyena qaydalarının pozulması faktları aşkar edilib. Həmin istirahət mərkəzlərinin sahibləri barəsində İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsi ilə inzibati xəta haqqında protokollar tərtib edilib.

 

İyulun 7-də Xəzər rayonunun Türkan qəsəbəsində Ə.Hacıyev küçəsində məişət və digər qarışıq tullantıların qalaqlanması aşkar edilib. İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinin tələblərini pozduğuna görə Türkan Bələdiyyəsinin sədri B.Yarıyev barəsində inzibati xəta haqqında protokol tərtib edilib.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?