Keçirilən qəbul zamanı şəhər və kəndlər üzrə qəbula yazılmış sakinləri narahat edən məsələlər, onların müraciətləri və irəli sürdükləri təkliflər şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov tərəfindən dinlənilib.
Modern.az xəbər verir ki, sakinlərin müraciətlərində əsasən işlə təmin edilmə, torpaqla təmin olunma və digər məsələlər olub.
Vətəndaşların müraciətlərini dinləyən icra başçısı səsləndirilən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib. Bir sıra məsələlər yerindəcə həll edilmiş, icrası vaxt tələb edən müraciətlər isə araşdırılaraq qanunamüvafiq qaydada həll edilməsi üçün qeydiyyata götürülüb.