Modern.az

32 yaşlı Göyçay sakini itkin düşüb

32 yaşlı Göyçay sakini itkin düşüb

Aktual

14 İyul 2021, 17:33

Göyçay rayonu Bəydövül kənd sakini 1989-cu il təvəllüdlü Hacıyev Amid Soltanhəmid oğlu  iyulun 6-da yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

         
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata görə, həmin şəxsin boyu 180 santimetr, gözlərinin rəngi qəhvəyi, saçları isə qaradır. Evdən çıxarkən üzərində göy rəngli şalvar, ağ köynək və qara ayaqqabı olub.

         
Şəkildəki şəxsi görənlərdən və ya barəsində məlumatı olanlardan DİN-in “102” Zəng Mərkəzinə, eləcə də Göyçay Rayon Polis Şöbəsinin (020)-274-04-91 şəhər və (050)774-04-91 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı