Modern.az

Messinin maaşı buna görə 50 faiz azalacaq

Messinin maaşı buna görə 50 faiz azalacaq

Aktual

14 İyul 2021, 18:06

"Barselona" və Lionel Messi arasında yeni müqavilə ilə bağlı  razılıq əldə olunub.

 

Modern.az xəbər verir ki, müqavilə 5 il müddətinə nəzərdə tutulub. 34 yaşlı hücumçu maaşının 50 faiz azaldılmasına razı olub.

 

O, klubun maddi vəziyyətinin çox ağır olduğunu nəzərə alaraq və digər oyunçulara nümunə göstərmək istəyi ilə "Barselona"nın şərtlərini qəbul edib. Bildirilir ki, danışıqlarda pul amili problem olmayıb. Vergiyə cəlb olunma əsas prioritet olub.

 

Qeyd edək ki, Lionel Messi ötən mövsüm İspaniya La Liqasında 35 oyuna 30 qol vurub və 11 məhsuldar ötürmə edib. Onun hesabında Çempionlar Liqasının 6 qarşılaşmasında 5 qol və 2 məhsuldar ötürmə də var.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?