Modern.az

Renat Dadaşov Portuqaliya klubunda

Renat Dadaşov Portuqaliya klubunda

Aktual

29 İyul 2021, 23:49

İngiltərənin "Vulherhempton" klubunda çıxış edən azərbaycanlı futbolçu Renat Dadaşov karyerasını Portuqaliyada davam etdirəcək.

Modern.az xəbər verir ki, yüksək liqa təmsilçisi "Tondela" 22 yaşlı hücumçunu 1 mövsümlük icarəyə götürüb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Bu gün tibbi müayinədən keçən futbolçunun sabahdan komanda ilə məşqlərə qoşulacağı bildirilib.

 

Qeyd edək ki, Renat Dadaşovun "Vulherhempton"la müqaviləsi 2023-cü ilin yayına qədərdir. O, 2019-cu ildə icarə əsasında Portuqaliyanın "Pasuş de Ferreyra" klubunda çıxış edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi