Modern.az

Bu gün daha 3 idmançımız mübarizəyə qoşulacaq - Tokio-2020

Bu gün daha 3 idmançımız mübarizəyə qoşulacaq - Tokio-2020

Aktual

30 İyul 2021, 00:28

Tokio-2020 Yay Olimpiya Oyunları davam edir.

 

Modern.az xəbər verir ki, yarışın 8-ci günündə 21 dəst medal sahibini tapacaq.

 

Olimpiadanın ilk həftəsini mükafatsız qalan Azərbaycan yığması həsrəti bu gün bitirə bilər. İdmançılarımızın bunun üçün üç şansı olacaq.

Onlardan ikisinin medalı rəsmiləşə, biri təmin oluna bilər. Söhbət boksçu Alfonso Dominqesdən gedir. 1/4 finaldakı qələbə ona medal təmin etmək üçün yetərli olacaq.

 

Cüdo millimiz isə medal üçün son şanslarından yararlanmalıdır. Ağırçəkili idmançılarımız Uşanqi Kokauri və İrina Kindzerska medalsız günlərə son qoymaq üçün tatamiyə çıxacaq.

 

30 iyul


06:00. Cüdo, kişilər. +100 kq. 1/16 final. Uşanqi Kokauri – Matsey Sarnaçki (Polşa)
06:00. Cüdo, qadınlar. +78 kq. 1/8 final. İrina Kindzerska
14:24. Boks, kişilər. 81 kq. 1/4 final. Alfonso Dominqes – Bayram Malkan (Türkiyə)

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?