Modern.az

Bodrumda yanğın söndürüldü

Bodrumda yanğın söndürüldü

Aktual

30 İyul 2021, 00:48

Türkiyənin Muğla bölgəsinin Bodrum rayonunda otellərə yaxın bir yerdə başlayan meşə yanğını 8 saatdan sonra nəzarət altına alınıb.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

 

Bildirilib ki, hazırda yanğın yerində soyutma işləri aparılır.

Məlumata görə, yanğın nəticəsində təxminən 80 hektar meşə sahəsi zərər görüb.

 

Digər tərəfdən, Muğlanın Marmaris və Köyceğizdəki yanğınların söndürülməsi üçün işlər davam edir.

 

T.İSMAYIL

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədən Bakını "vuranlara" Fələstin şapalağı - Ərdoğan nə edəcək?