Modern.az

“Türk Hava Yolları” yanğın olan bölgələrdəki azərbaycanlılara güzəşt edəcək

“Türk Hava Yolları” yanğın olan bölgələrdəki azərbaycanlılara güzəşt edəcək

Aktual

30 İyul 2021, 12:35

"Türk Hava Yolları" (THY) şirkəti ölkənin Muğla və Antalya bölgələri başda olmaqla yanğın olan ərazilərə səfər etmiş sərnişinlərə müraciət edib.

 

Modern.az-ın məlumatına görə, müraciətdə deyilir ki, həmin ərazilərə səfər edən yaxud həmin regiondan başqa ərazilərə səfər edən sərnişinlərə biletlərini başqa vaxta dəyişdirmək imkanı yaradılıb.

 

29-30 iyul tarixi üçün alınan biletləri avqustun 15-nə qədər olan müddətə yeniləmək olar.

 

THY-nin Bakı nümayəndəliyinin rəhbəri Seyfullah İlyas “Report”a açıqlamasında bildirib ki, bu qərar Azərbaycandan olan sərnişinlərə də aiddir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi