Tunis sahillərində baş verən fırtınadan sonra arxeoloqlar Qədim Roma dövlətinə aid, uzun müddətdir su altında qalmış Neapolis şəhərinin bir hissəsini aşkar ediblər.
Modern.az xəbər verir ki, bu barədə “express.co.uk” saytı yazıb.
Qədim Neapolis şəhəri bir zamanlar olduqca inkişaf etmiş liman olub. Neapolisin yalnız təxmini yeri məlum idi, lakin onu tapmaq üçün edilən bütün cəhdlər nəticəsiz qalmışdı.
Şəhərin əsas hissəsi məşhur Roma imperatoru Yuli Sezar tərəfindən qoyulub.
İlk araşdırmalardan sonra dənizin dibində aşkarlanan qalıqların Romaya aid yaşayış məntəqsi olduğu məlum olub.