"Çelsi" klubunun yarımmüdafiəçiləri Jorjinyo və N’Qolo Kante, “Mançester Siti”nin üzvü Kevin de Brüyne Avropa Futbol Assosiasiyaları Birliyinin (UEFA) “İlin futbolçusu” mükafatına namizəddir.
Modern.az xəbər verir ki, bu barədə UEFA məlumat yayıb.
Bildirilib ki, qalibin adı avqustun 26-da İstanbulda keçiriləcək Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimində açıqlanacaq.
Mərasimdə, həmçinin “İlin məqçisi”nin adı məlum olacaq.
Hazırda bu mükafata Xosep Qvardiola (“Mançester Siti”), Tomas Tüxel (“Çelsi”) və Roberto Mançini (İtaliya millisi) namizəddir.