Hazırda Azərbaycanda 18 pandemiya müəssisəsi fəaliyyət göstərir.
Modern.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva bildirib.
Onun sözlərinə görə, həmin müəssisələrdən 11-i Bakı və Abşeronda, 7-si regionlarda yerləşir.
Y.Qarayeva, həmçinin bildirib ki, koronavirusun kəskin artan dövründə 40-a yaxın müəssisə fəaliyyət göstərib: "Xəstə sayı yenidən artarsa, həmin müəssisələr cəlb olunacaq".