Modern.az

COVID-19 pasportları belə yoxlanılacaq

COVID-19 pasportları belə yoxlanılacaq

Aktual

20 Avqust 2021, 11:20

COVID-19 pasportunun yoxlanılması üçün “ASAN İcazə” mobil tətbiqi hazırlanıb.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

 

O bildirib ki, Nazirlər Kabinetinin qərarına əsasən, yaşı 18-dən yuxarı olan şəxslər ictimai iaşə müəssisələrində, mehmanxanalarda, iri ticarət mərkəzlərində - qapalı məkanda göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə bilərlər:

 

"Yaşı 18-dən yuxarı olan şəxslərin COVID-19 pasportunun olub olmaması Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən yaradılan “ASAN İcazə” mobil tətbiq vasitəsilə yoxlanılacaq. Yalnız COVID-19 pasportu olduğu təqdirdə şəxs qeyd olunan məkanlara buraxılacaq".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı