Modern.az

Azərbaycanda toya gedən 38 nəfər həbs olunub

Azərbaycanda toya gedən 38 nəfər həbs olunub

Aktual

20 Avqust 2021, 11:35

Toy, nişan, ad günü mərasimlərinin təşkili ilə bağlı monitorinqlər davam etdirilir. 

 

Modern.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

 

Onun sözlərinə görə, iyulun 1-dən bu günə qədər  4865 toy şənliyində monitorinq həyata keçirilib.

 

"Buradakı mənzərə bir o qədər ürəkaçan olmayıb. Bu dövr ərzində 38 nəfər həbs edilib, 27 nəfər barəsində materiallar məhkəmələrə göndərilib. 46 899 nəfər COVID-19 pasportu olmayıb. Onlar arasında koronavirus xəstələri də olub”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı