Vətəndaş ölkə ərazisində sərbəst hərəkət etmək istəyirsə, vaksinasiyadan keçməlidir.
Modern.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev deyib.
DİN rəsmisi qeyd edib ki, bu vətəndaşlar heç bir məhdudiyyətlə qarşılaşmır.