Modern.az

ASAN-da COVID-19 pasportu tələb olunmur

ASAN-da COVID-19 pasportu tələb olunmur

Aktual

20 Avqust 2021, 12:16

“ASAN Xidmətə daxil olarkən COVID pasportu tələbi yoxdur”.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

 

Agentlik sədri bildirib ki, burada vətəndaşlara zəruri olan sənədlərin verilməsi təşkil olunur:

 

“Buna görə də hər hansı ilkin şərt yoxdur. Amma son dövrlər COVID pasportu tələb olunacaq deyə ASAN xidmət mərkəzlərinə kütləvi axın var. Bu, epidemioloji vəziyyəti gərginləşdirən amildir”.

 

 
 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı