Modern.az

Xaricdə alınan COVID pasportu Azərbaycanda da tanınacaq

Xaricdə alınan COVID pasportu Azərbaycanda da tanınacaq

Aktual

20 Avqust 2021, 12:37

“Xaricdə yaşayıb vaksinasiya olunan şəxslərin COVID pasportu bizdə keçərlidir”.

 

Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Prezidentin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

 

Prezidentin köməkçisi bildirib ki, bununla bağlı Səhiyyə Nazirliyinin 9301 nömrəli qaynar xətti var:

 

"Əgər kimsə xaricdə vaksinasiya olunubsa və onun sertifikatı varsa, həmin nömrəyə zəng etməlidir, məlumat verməlidir. Səhiyyə nazirliyi təqdim olunmuş sənədlərə baxacaq, əgər uyğundursa, saxta deyilsə, bu sənəd sistemə daxil ediləcək”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı