"Azərbaycan vətəndaşlarına Rusiyaya giriş qaydalarında edilən dəyişikliklərlə əlaqədar olaraq, nəzərə almalıdırlar ki, sentyabrın 1-dən etibarən yalnız "Путешествую без COVID-19" mobil tətbiqini yükləyən sərnişinlər reysə buraxılacaq".
Modern.az xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları”ın sərnişinlərə müraciətində deyilir.
Bildirilib ki, yalnız əvvəlcədən təsdiq edilmiş klinikalarda və ya laboratoriyalarda koronavirus infeksiyasına dair PCR-testdən keçmək lazımdır:
“Test məlumatları qeydiyyat masasında, eləcə də Rusiyaya gəliş zamanı sərhəd məntəqələrində göstərəcəyiniz mobil tətbiqdə QR kodu şəklində saxlanılacaq. Klinikaların tam siyahısı təsdiqləndikdən sonra yaxın vaxtlarda aviaşirkətin saytında, eləcə də sosial şəbəkələrimizdə yayımlanacaq”.