Azərbaycanda vaksinasiyanın məcburi olması ilə bağlı hər hansı tələb nəzərdə tutulmayıb.
Modern.az xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Adminstrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.
“Bir çox sahələr var ki, orada vaksinasiya icbaridir. Həkimlərin bilavasitə “qırmızı zona”da olmasına görə orada icbarilik var. Amma ümumi icbarilik nəzərdə tutulmayıb”, - deyə Prezidentin köməkçisi jurnalistlərə açıqlamasında bildirib.