Modern.az

İşçiləri istismar edən şirkət 20 min manat cərimələndi

İşçiləri istismar edən şirkət 20 min manat cərimələndi

Aktual

20 Avqust 2021, 13:38

Əmək müqaviləsi olmadan işçiləri istismar edən şirkət cərimələnib.

 

Lənkəran rayon Prokurorluğundan Modern.az-a verilən məlumata görə, “Alov-Mühafizə” Məhdud Məsuliyyətli Cəmiyyət mühafizə şirkətində əmək qanunvericiliyinin tələblərinin pozularaq qanunla nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlanmadan müxtəlif şəxslərin işlərin görülməsinə cəlb edilməsi faktına dair Lənkəran rayon Prokurorluğunda aparılmış yoxlama nəticəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək qanunvericiliyinin pozulması) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanıb.

 

Toplanan materiallar baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilmiş və məhkəmənin qərarı ilə “Alov-Mühafizə”yə 20 min manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı